Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Körpələr bizim gələcəyimizdir” adlı dəyirmi masa keçirilib

03.11.2022

02.10.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı " Körpələr bizim gələcəyimizdir" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif çıxış edərək bildirdi ki, Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz.Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.
Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.
Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.

 

78.2 KB

 

88.3 KB